Federasiyada yeni vitse-prezident
Bizi izləyin

İdman

Federasiyada yeni vitse-prezident

Federasiyada yeni vitse-prezident

Sambo Federasiyasına yeni vitse-prezident seçilib.

Publika.az xəbər verir ki, “12 May” şirkətinin prezidenti Səbuhi Rəcəb Vaqif oğlu Azərbaycan Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə döyüş sambosu üzrə vitse-prezident təyin olunub.

Qərar Azərbaycan Sambo Federasiyası İcraiyyə Komitəsinin xüsusi iclasında açıqlanıb. Tədbirdə iştirak edən Sambo Federasiyasının İcraiyyə Komitəsinin üzvləri yekdilliklə Səbuhi Rəcəb Vaqif oğlunun döyüş sambosu üzrə vitse-prezident təyin olunmasının lehinə səs veriblər. Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov Səbuhi Rəcəbi federasiyanın nümayəndələrinə təqdim edərək vitse-prezidentə yeni vəzifəsində uğurlar arzulayıb.

Qeyd edək ki, Səbuhi Rəcəb Vaqif oğlu 1982-ci il oktyabrın 20-də Bakı şəhərində doğulub. İxtisasca hüquqşünasdır. Uzun müddət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində çalışıb. 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2013-cu ildə “12 MAY” MMC-ni təsis edib. Ailəlidir, dörd övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm