Məşhurlar “Qarabağ”da - FOTOLAR
Bizi izləyin

İdman

Məşhurlar “Qarabağ”da - FOTOLAR

Çempionlar Liqasının 2-ci turu çərçivəsində təşkil edilən “Qarabağ” -“Roma” matçı həyəcanlı və coşğulu dəqiqələrlə yadda qalıb.

Publika.az xəbər verir ki, “Olimpiya” stadionunda təşkil edilən matçda təxminən 70 000 azarkeş iştirak edib. Ölkənin tanınmış simaları da “Qarabağ”ın və azarkeşlərin coşğusuna elə stadiondan dəstək veriblər.

“Qarabağ”ın ən məşhur azarkeşlərindən olan aktyor Bəhram Bağırzadə matç təəssüratlarını Publika.az ilə bölüşüb:

“Dostlarımla birgə doğma “Qarabağ”ımıza stadiondan dəstək olmağa gəlmişik. Şükürlər olsun ki, komandamız layiqli oyun sərgiləyir və artıq Çempionlar Liqasında bir qolumuz var. İlk dəfədir ki, 70 min azarkeşin bir yumruq kimi birləşib komandaya dəstək olduğunun şahidi oluram. Bu 70 min mənim ailəmdir. “Qarabağ”ın Çempionlar Liqasında keçirdiyi səfər matçlarında da iştirak edirəm. Londonda keçirilən oyunda iştirak etdim. Hazırda Madriddə və Romada keçiriləcək səfər oyunlarına getməyə hazırlaşıram”.

Tanınmış rəssam Sakit Məmmədov isə “Qarabağ”ın oyununu ilk dəfə bu matçda canlı tribunadan izlədiyini deyib:

“Qarabağ” adı hər zaman qalib gəlməlidir. Biz də bu gün komandamızın qalibiyyətinə şahid olmağa yığışmışıq. Ümid edirəm ki, “Qarabağ” Çempionlar Liqasından gözəl nəticələrlə çıxacaq. Lakin artıq onun bu liqada iştirak etməsinin özü bir qalibiyyətdir.

Hazırda komandada hər şey qaydasındadır. Gələcəkdə daha da yaxşı olacaq”.

Müğənni Eldəniz Məmmədov isə komandasını dəstəkləməkdən qürur duyduğunu bildirib:

“Komanda üçün çox çətin oyun keçəcək. Çünki rəqib güclü və təcrübəlidir. Ancaq inanıram ki, “Qarabağ” bərabərlik səviyyəsində oyun nümayiş etdirəcək. Oyunun 2:2 hesabı ilə bitəcəyini gözləyirəm. Çünki “Qarabağ”ın gücünə inanıram. Təmsilçimizə gələcək matçlarda da uğurlar arzu edirəm”.

“Qarabağ”a daimi azərkeşləri müğənni Miri Yusif, Röya, boksçu Zabit Səmədov və digər məşhur simalar da oyunu stadiondan izləyiblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm