Yunanıstana qalib gəldik
Bizi izləyin

İdman

Yunanıstana qalib gəldik

Yunanıstana qalib gəldik

Avropa Çempionatının II seçmə mərhələsində çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünən növbəti oyununa çıxıb.

Publika.az xəbər verir ki, D qrupunda mübarizə aparan komandamız Yunanıstanla qarşılaşıb. Faiq Qarayevin yetirmələri Portuqaliyaya gözlənilməz məğlubiyyətin əvəzini çıxıblar. Baxmayaraq ki, quru hesablı qələbə gözlənilsə də, voleybolçularımız rəqibə 1 set "hədiyyə ediblər". 4 hissənin sonunda sevinən tərəf xanımlarımız olub.

İlk görüşdəki məğlubiyyətlə yığmamız işini çətinə salsa da, qrup liderliyi şansımız hələ də var. Bunun üçün bu gün meydan sahibi Bolqarıstanı üstələməliyik.

Qeyd edək ki, Sofiyadakı oyunlara bu gün yekun vurulacaq. Cavab qarşılaşmaları isə gələn həftə Bakıda baş tutacaq.

Avropa Çempionatı, II seçmə mərhələ

23 may, Sofiya

D qrupu

AZƏRBAYCAN - Yunanıstan 3:1 (25:14, 30:28, 17:25, 25:21)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm