Əmircanov “Qəbələ”ni niyə seçib?
Bizi izləyin

İdman

Əmircanov “Qəbələ”ni niyə seçib?

Əmircanov “Qəbələ”ni niyə seçib?

"Qəbələdə futbol üçün yaradılan şərait bütün futbolçuları bu komandada oynamağa həvəsləndirir. İnfrastruktur istənilən səviyyədədi.

Komandaya güclü azarkeş dəstəyi var. Bütün bu göstəricilər futbolçu üçün vacibdi. Buna görə də "Qəbələ"nin formasını geyinəcəyimə görə çox məmnunam". Publika.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov deyib.

"İnter"i tərk edən futbolçu "Qəbələ" ilə 1 illik müqavilə bağlayıb. Müdafiəçi yeni komandasının uğur qazanması üçün əlindən gələni əsirgəməyəcəyini deyib: "Qəbələ" böyük hədəfləri, iddiaları olan komandadı. Yeni komandamın həm olkədə, həm də Avropa Liqasında uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Bölgə təmsilçisi daha bir futbolçu ilə müqavilə bağlayıb. "Qəbələ"ni tərk etməsi ilə bağlı xəbərlər yayılan Dodo klubla 2 illik yeni müqavilə imzalayıb. Dodo "Qəbələ"nin Avropa Liqasında uğurlu çıxış etməsini istəyir: "Bu mövsüm qarşımıza qoyduğumuz məqsədə nail olduq. Tariximizdə ilk dəfə Avropa Liqasında çıxış edəcəyik. İstəyirəm ilk addımlarımız uğurlu olsun. Mən dəfələrlə demişəm ki, "Qəbələ"nin formasını geyinməkdən şərəf duyuram. Heç vaxt bu klubu seçdiyimə görə peşman olmamışam. Həmişə rəhbərlikdən və azarkeşlərimizdən dəstək, sevgi görmüşəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm