Neymarın transferi ilə rekord qıran prezident məhkəməyə verildi
Bizi izləyin

İdman

Neymarın transferi ilə rekord qıran prezident məhkəməyə verildi

İsveçrə Federal Məhkəməsi Fransanın “PSJ” futbol klubunun prezidenti və “beIN Sports” kanalının baş idarəçisi Nassər Əl-Xələfi haqqında məhkəmə işi açıb.

Publika.az xəbər verir ki, Neymarın 222 miyonluq transferi ilə futbol aləmində rekord qıran prezident vəzifəsindən sui-istifadə və rüşvət verməkdə təqsirli bilinir.

İddialara görə, Nassər Əl-Xələfi FİFA-nın keçmiş katibi Cerom Valk ilə birlikdə 2018-ci ildən 2030-cu ilə qədər Dünya Kuboku matçlarının yayım haqqını almaq üçün rüşvət verib.

Başladılan istintaq işləri çərçivəsində İsveçrə ilə işbirliyi edən Fransanın səlahiyyətləri şəxsləri “beIN Sports”un Parisdə yerləşən ofisində axtarış aparıb.

Qeyd edək ki, əslən Qətərdən olan Nassər Əl-Xələfi dünyanın ən varlı iş adamlarından biri kimi tanınır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm