İdmançımız 7 dəqiqəyə Avropa çempionu oldu
Bizi izləyin

İdman

İdmançımız 7 dəqiqəyə Avropa çempionu oldu

İdmançımız 7 dəqiqəyə Avropa çempionu oldu

Belçikanın Hazevinkel şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında Avropa çempionatı baş tutub.

Publika.az xəbər verir ki, çempionata 31 ölkədən 450 avarçəkən qatılıb. Bu turnirdə Azərbaycanı Boris Yotov təmsil edib. 18 yaşlı idmançımız 1 nəfərlik qayıqla (JM 1X) mübarizəyə qatılıb. Yotov 2000 metr məsafəyə yürüşdə bütün rəqiblərini geridə qoyub. Bununla da təmsilçimiz karyerasında ikinci dəfə Avropa çempionu titulunu qazanıb. Təmsilçimiz mübarizəyə seçmə mərhələdən başlayıb. Onun ilk rəqibləri Fransa, Xorvatiya, Estoniya və Gürcüstan avarçəkənləri olub. Yotov onları qabaqlayaraq, finişə 7 dəqiqə 24,07 dəqiqəyə çatıb və yarımfinala yüksəlib.

Növbəti mərhələdə idmançımız Rusiya, Çexiya, Latviya, Sloveniya və Estoniya təmsilçiləri ilə yarışıb. Yotov 7 dəqiqə 22,58 saniyə nəticə ilə yenə hamıdan öndə olub və finala yüksəlib. Həlledici yürüşdə avarçəkənimiz finişə daha tez - 7 dəqiqə 2,72 saniyəyə çataraq, qızıl medal qazanıb. İsveçrəli Yakob Blankenberger gümüş, çexiyalı Yaroslav Hellebrand isə bürünc medalla kifayətlənib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm