Mourinyo etiraf etdi: “Real"da xoşbəxt deyildim, “Barselona” isə...
Bizi izləyin

İdman

Mourinyo etiraf etdi: “Real"da xoşbəxt deyildim, “Barselona” isə...

"Mançester Yunayted” klubunun baş məşqçisi Jose Mourinyo “Barselona” klubu ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, baş məşqçi “bir gün kariyeram ərzində niyə o klubla işləmədiyimi açıqlayacam” deyib.

Portuqaliyalı mütəxəssis 2008-ci ildə “Barselona”da tərcüməçilik etdiyi zamanlardan söz açıb. Həmin komandaya niyə başçılıq etmədiyini isə illər sonra açıqlayacağını deyib:

“Bəlkə bir gün gerçəyi açıqlayacam. Gizli saxlamaq istədiyim şeylər var. Gerçəkləri isə lap qocaldığım zamanlarda danışacam”.

J.Mourinyo “Real Madrid” klubundakı son günləri ilə bağlı da etiraflar edib:

“Orada keçirdiyim son ilimdə xoşbəxt deyildim. Çünki qızım Londonda universitetə daxil olmuşdu. Mənim üçün ən doğru olan ailəmin yanında olmağım idi. Bir gerçək də var ki, “Real”da olduğum 3-cü ilimdə artıq xoşbəxt deyildim. Ən yaxşı nəticələrimi isə xoşbəxt olduğum zamanlarda əldə etdim”.

54 yaşlı məşqçi kariyerasına “Mançester Yunayted”də son verməyəcəyinə əmin olduğunu da qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm