Premyer Liqa klubu satışa çıxarıldı
Bizi izləyin

İdman

Premyer Liqa klubu satışa çıxarıldı

İngiltərə Premyer Liqa təmsilçisi “Nyukasl” satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

Bildirilib ki, Premyer Liqanın ən qədim sakinlərindən biri olan sahibi Mayk Eşli tərəfindən satışa çıxarılıb.

Satışın şərtləri və maliyyə tərəfi haqqında xəbər verilməsə də, satışın ilin sonuna qədər reallaşması planlaşdırılıb.

Qeyd edək ki, 124 illik tarixi olan “Nyukasl” 2008/09 mövsümündə Premyer Liqanı tərk etmiş, ötən mövsüm isə “Çempionşip”in qalibi olaraq yenidən yüksək dəstəyə qayıtmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm