“Atletiko”nun prezidenti Bakıdakı dostu ilə görüşdü - - FOTO
Bizi izləyin

İdman

“Atletiko”nun prezidenti Bakıdakı dostu ilə görüşdü - - FOTO

Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan çempionu “Qarabağ”ın qonağı olacaq “Atletiko”nun prezidenti Enrike Serezo bir vaxtlar işbirliyi qurduğu Hafiz Məmmədovla görüşüb.

Publika.az “Dsport.az”a istinadən xəbər verir ki, “Bakı”nın prezidenti ilə görüş zamanı Serezo dostuna Madrid təmsilçisinin özəl formasını hədiyyə edib. Tərəflər görüş zamanı müxtəlif məsələlər, eləcə də gələcək əməkdaşlıqla bağlı müzakirələr aparıblar.

Serezo görüşdən sonra fikirlərini də bölüşüb: “Yenidən görüşməyimizə şadam. Hafiz Məmmədov mənim dostumdur. “Land of fire Azerbaijan” emblemi “Atletiko”da olanda biz çox irəli getdik. Həmin işbirliyi bizə düşərli oldu. İnanırıq ki, nə vaxtsa Azərbaycanla, Hafiz Məmmədovla yenidən işləyəcəyik. Hər zaman onun yanındayıq, onunla dostuq”.

İspaniya klubunun rəhbəri “Qarabağ”la görüş öncəsi də fikirlərini dilə gətirib: “Qarabağ”la oyun çox çətin olacaq. İki turdan sonra cəmi 1 xalımız var. Növbəti uğursuzluq bizim işimizi daha da çətinləşdirə bilər. Qrupdan birinci yerlə çıxmağı düşünürdük. Amma belə olan halda alınmaya bilər. Biz mütləq Bakıda qələbə qazanmalıyıq. Əks halda şanslarımız azalacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm