“Trabzonspor”un yeni baş məşqçisi məlum oldu
Bizi izləyin

İdman

“Trabzonspor”un yeni baş məşqçisi məlum oldu

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi bəlli olub.

Publika.az xəbər verir ki, Qara dəniz klubunu Rza Çalımbay çalışdıracaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd olunur ki, Trabzon klubunun rəhbərliyi sözügedən mütəxəsisslə İstanbulda danışıqlar apardıqdan sonra prinsipial razılıq əldə olunub. Çalımbay bu gün Trabzona yollanacaq və rəsmi müqaviləyə imza atdıqdan sonra komandanı ilk məşqə çıxaracaq.

Qeyd edək ki, Çalımbay bu mövsümə “Antalyaspor”da başlamış, amma 5 turda 3 heç-heçə, 2 məğlubiyyətin ardından istefaya göndərilmişdi.

“Trabzonspor”u isə mövsümün əvvəlindən Ersun Yanal çalışdırırdı. O, son turda doğma meydanda “Akhisar”a 1:6 hesablı məğlubiyyətdən sonra istefaya göndərildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm