“Gardaş tarih yazdı!” - "Qarabağ" DÜNYA GÜNDƏMİNDƏ
Bizi izləyin

İdman

“Gardaş tarih yazdı!” - "Qarabağ" DÜNYA GÜNDƏMİNDƏ

Dünən İspaniyanın ən nəhəng 3 komandasından biri olan “Atletiko” ilə qarşılaşan “Qarabağ” sərgilədiyi möhtəşəm oyun və heç-heçə ilə bütün dünyanın idman gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, xüsusilə, Türkiyə mediası “Qarabağ”ın öz evində tarix yazmasına və Çempionlar Liqasında ilk xalını qazanmasına geniş yer ayırıb.

“Xəbər 7” saytı “Qarabağ” 90 dəqiqə inanılmaz bir müdafiə sərgilədi. 75-ci dəqiqədə Dino Ndlovunun qırmızı kart görməsi ilə 10 nəfər qalan komanda azlıqda qalmasına rəğmən, əks hücuma da keçdi. İspaniyalı rəqib qarşısında əzmlə dirənən “Qarabağ” matçı qolsuz başa vurdu və ilk xalını qazandı” deyə “Qarabağ”ın tarixi zəfərindən danışıb.

“Milliyət” xəbər portalı isə “Gardaş Qarabağ tarix yazdı! Atletikoya zərbə” başlığı ilə tarixi zəfəri paylaşıb.

“Americatv”nin ispan dilli saytı isə “Atletiko” Azərbaycanda qolsuz qaldı” başlığı ilə matçın qısa xronikasını paylaşıb. Xəbərdə bildirilib ki, C qrupunun üzvləri “Qarabağ”ı ən zəif rəqib kimi dəyərləndirib. Lakin “Qarabağ” onları xəyal qırıqlığına uğradıb. “Atletiko” üçünsə Çempionlar Liqası bir az da mürəkkəbləşib.

Bundan başqa “BBC Sport”, “NTV Sport” kimi böyük xəbər portallarə da “Qarabağ”ın “Atletiko” qarşısındakı əzmindən yazıb.

UEFA Çempionlar Liqasının rəsmi səhifəsi isə Atletikonun üzvü Filip Luizin matçdan sonrakı müsahibəsini paylaşmaqla kifayətlənib. Filip Luiz mediaya açıqlamasında oyunun gözlədiklərindən çətin keçdiyini, “Qarabağ”ın isə güclü və aqressiv komanda olduğunu bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm