"Yuventus"un sabiq hücumçusu həbs olunur - - FOTO
Bizi izləyin

İdman

"Yuventus"un sabiq hücumçusu həbs olunur - - FOTO

İtaliya millisinin sabiq oyunçusu Fabrisio Mikkoli həbs oluna bilər. Palermo məhkəməsi hücumçu haqqında 3.5 illik həbs qərarı çıxarıb.

Buna səbəb Mikkolinin mafiya ilə iş görməsi olub. Belə ki, Fabrisio bir nəfərin ona borclu olduğu 12 min avro məbləği geri qaytarmaq üçün mafiya üzvü Mauro Lauriçellidən kömək istəyib. Həmin şəxs isə qarşı tərəfə zor tətbiq edib.

Mikkoli isə qərardan narazı qaldığını və apelyasiya məhkəməsinə müraciət edəcəyini deyib. O, adıçəkilən şəxsin mafiya ilə əlaqəsi olduğunu bilmədiyini bildirib.

Qeyd edək ki, 2015-ci ildə karyerasını başa vurmuş keçmiş hücumçu “Yuventus”, “Fiorentina” və “Palermo” kimi məşhur klubların formasını geyinib. (apasport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm