"Sumqayıt"dan əzmkar qələbə
Bizi izləyin

İdman

"Sumqayıt"dan əzmkar qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Zirə” üz-üzə gəlib.

Matçda hesabı qonaqlar açsa da, sonda sevinən tərəf meydan sahibləri olub - 2:1.

Turun açılış oyununda "Səbail" "İnter"i məğlub edib - 1:0. Bu gün isə “Neftçi” “Kəpəz”i eyni hesabla üstələyib. Tura oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, IX turu

"Sumqayıt” – "Zirə” - 2:1

Qollar: Amil Yunanov, 38. Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 4.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm