Ronaldodan növbəti XEYİRXAH ADDIM
Bizi izləyin

İdman

Ronaldodan növbəti XEYİRXAH ADDIM

Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldo xeyirxah addımı ilə pərəstişkarlarını növbəti dəfə sevindirib.

Publika.az xəbər verir ki, xeyirxahlığı və yardımsevərliyi ilə tanınan ulduz futbolçunun ölkəsində baş vermiş yanğın nəticəsində xəsarət alan 300-dən çox şəxsin müalicə xərclərini ödədiyi məlum olub. K.Ronaldonun bacısı Katya Aveyru “Facebook” səhifəsində bu barədə yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqau Qrande regionunda baş vermiş yanğın nəticəsində 62 nəfər həlak olub və xeyli sayda insan xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm