APL-də çempionluq mübarizəsi: "Qəbələ" - "Qarabağ"
Bizi izləyin

İdman

APL-də çempionluq mübarizəsi: "Qəbələ" - "Qarabağ"

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, "Qəbələ" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü FİFA referisi Ömər Paşayev idarə edəcək.

Meydan sahibləri hətta minimal hesabla qalib gəlsələr, "Qarabağ"la şəxsi oyunlarda üstünlük əldə edərək, liderliyə yüksələcəklər.

"Qarabağ" qalib gəlsə, ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 4-ə çatdıracaq. Üstəlik, bu komandasının "Səbail"lə təxirə salınmış oyunu da var. "Qarabağ" və "Qəbələ"nin ilk dövrədə "Azərsun Arena"da keçirilmiş görüşündə "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.

AzərbaycanPremyer Liqası, IX tur

22 oktyabr

18:30. "Qarabağ" - "Qəbələ"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm