Çempion ümummilli liderlə çəkilmiş şəkilin tarixçəsindən danışdı - FOTO
Bizi izləyin

İdman

Çempion ümummilli liderlə çəkilmiş şəkilin tarixçəsindən danışdı - FOTO

Çempion ümummilli liderlə çəkilmiş şəkilin tarixçəsindən danışdı - FOTO

İdmanın ağırlıqqaldırma növündə bir sıra yarışların qalib və mükafatçı Elxan Süleymanov sosial şəbəkədə ümummilli lider Heydər Əliyevlə çəkilmiş fotosunu paylaşıb.

Bu foto diqqətimizi çəkdiyin üçün şəkilin nə zaman çəkildiyi ilə maraqlandıq. Publika.az-a danışan Elxan Süleymanov şəkilin tarixçəsi barədə məlumat verdi:

“2000-ci ildə Sidney Olimpiadasında iştirak etmişdik. Olimpiadadan qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyev orada iştirak edən idmançıları qəbul etdi. Mən də həmin idmançılar sırasında idim. Bu şəkil də o görüş zamanı çəkilmiş şəkillərdən biridir”.

Elxan Süleymanov SSRİ Spartakiadasında qızıl, SSRİ birinciliyində gümüş, Avropa çempionatında bürünc və gümüş, Avropa kubokunda qızıl medallar qazanıb.

Onu da qeyd edək ki, Elxan Süleymanov beşqat Avropa çempionu Hafiz Süleymanovun qardaşıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm