Bu da videotəkrarın "XEYRİ" - Meydandan qovuldu
Bizi izləyin

İdman

Bu da videotəkrarın "XEYRİ" - Meydandan qovuldu

"Milan"ın müdafiəçisi Leonardo Bonuççi İtaliya çempionatının 9-cu tur qarşılaşmasında hakimin videotəkrara baxmasından sonra meydandan qovulub.

Publika.az xəbər verir ki, insident "Milan" - "Cenoa" matçının 22-ci dəqiqəsində baş verib.

Bonuççi top uğrunda mübarizə zamanı rəqib futbolçu Aleksandro Rozini yerə yıxıb. Hakim Pyero Cakomelli epizodun videotəkrarına baxdıqdan sonra Bonuççinin rəqib futbolçunu qəsdən dirsəklə vurduğunun şahidi olub və ona birbaşa qırmızı vərəqə göstərib.

Rəqibin azlıqda qalmasına baxmayaraq, "Cenoa" "Milan"ı məğlub edə bilməyib və görüş 0:0 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm