Millimizin futbolçusu qovuldu
Bizi izləyin

İdman

Millimizin futbolçusu qovuldu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Yan Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 20-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Buna baxmayaraq, komandası azlıqda qələbə qolunu vurmağa nail olub.

“Ersgebirge” geridə qalan 11 turda 16 xal toplayıb və 18 klub arasında 8-ci pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm