Qurban Qurbanov: "Nə vaxtsa məğlub olmalı idik"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Nə vaxtsa məğlub olmalı idik"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Publika.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 0:1 hesablı məğlubiyyəti haqda bunları söyləyib:

“Maraqlı oyun oldu. Sadəcə, az qol vuruldu. Futbolçularımızdan razı qaldım. Heyətdə rotasiyalar etmişdik. Komanda çalışdı ki, düzgün oynasın. Çoxlu yaxşı kombinasiyalarımız oldu. Nə vaxtsa məğlubiyyət olmalıydı. Bu da Qəbələdə baş verdi. Rəqibi təbrik edirəm. Qarşıda vaxtımız var. Komandanı optimal formaya çatdırmalıyıq. Çatışmazlıqlarımız var. Belə oyunlarda hansısa oyunçunun olmaması problem yaradır. Az vaxtda düzgün çalışmalı və həm çempionat, həm də Çempionlar Liqası oyununa hazırlaşmalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm