UEFA "Beşiktaş"ı cərimələdi
Bizi izləyin

İdman

UEFA "Beşiktaş"ı cərimələdi

UEFA Türkiyənin "Beşiktaş" klubunu 25 min avro məbləğində cərimələyib.

Publika.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Türkiyə komandasının futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində Almaniyanın “Leypsiq” klubunu qəbul edərkən stadionda işıqların sönməsidir.

Qeyd edək ki, sentyabrın 26-da "Beşiktaş"ın “Vodafone Park” stadionunda “Leypsiq" üzərində 2:0 qalib gəldiyi matçın 60-cı dəqiqəsində işıqların sönməsi səbəbindən oyunda 10 dəqiqə fasilə yaranmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm