Buffon 2017-ci ilin ən yaxşı qapıçısı seçildi
Bizi izləyin

İdman

Buffon 2017-ci ilin ən yaxşı qapıçısı seçildi

"Yuventus"un qapıçısı Canluici Buffon FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı qapıçısı seçilib.

Publika.az xəbər verir ki, 39 yaşlı Buffon bu ad uğrunda mübarizədə Keylor Navas ("Real") və Manuel Noyeri ("Bavariya") qabaqlayıb.

Londonda keçirilən mərasim zamanı mükafatı ona "Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyhel təqdim edib.

Buffon bu il "Yuventus"un heyətində İtaliya çempionatı və Kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasının finalına qədər yüksələ bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm