Ronaldo Messiyə şərik oldu
Bizi izləyin

İdman

Ronaldo Messiyə şərik oldu

Ronaldo Messiyə şərik oldu

Madrid "Real"ının ulduzu Ronaldo Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Publika.az xəbər verir ki, "Atletiko" ilə final matçında fərqlənərək bu mövsüm qollarının sayını 17-yə çatdıran portuqaliyalı heç kimin edə bilmədiyini reallaşdırıb.

Ronaldo həm də ÇL-də ümumi qollarının sayını 67-ə çatdırıb. Bununla da o, bu siyahıda ikinci olan Messiyə şərik olub. Onların hər ikisi 71 qol vuran Raul Qonsalesdən geri qalır.

ÇL-in bombardirlərinin ilk “beşliy”i belədi:

1. Raul Qonsales ("Real", "Şalke") - 71

2. Lionel Messi ("Barselona") - 67

3. Kriştianu Ronaldo ("Mançester Yunayted", "Real") - 67

4. Rud Van Nistelroy (PSV, "Mançester Yunayted", "Real") - 56

5. Tyerri Anri ("Monako", "Arsenal", "Barselona") - 50

Oxumağa davam et
Reklam
Reklam

Gündəm