“Milan”ı qovdular
Bizi izləyin

İdman

“Milan”ı qovdular

“Milan”ı qovdular

Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Publika.az xəbər verir ki, ötən gecə daha bir görüş baş tutub.

Xatırladaq ki, ilk oyun günündə "Roma" doğma meydanda "Yuventus"la qarşılaşmadan qalib ayrılaraq ilk yarımfinalçı olmuşdu.

Bu mərhələnin ikinci qarşılaşmasında "Milan" doğma meydanda "Udineze" ilə qarşılaşıb. Görüş qonaq komandanın qələbəsiylə başa çatıb. Nəticədə, "Udineze" yarımfinala yüksəlib. Onsuz da çətin günlərini yaşayan milanlılar bu məğlubiyyətlə daha bir ağır zərbə alıblar.

İtaliya kuboku

1/4 final

21 yanvar

Roma - Yuventus - 1:0

22 yanvar

Milan - Udineze - 1:2

23 yanvar

Fiorentina - Syena

29 yanvar

Napoli - Latsio

Oxumağa davam et
Reklam
Reklam

Gündəm