Qayıdış, yoxsa xəyanət?
Bizi izləyin

İdman

Qayıdış, yoxsa xəyanət?

Qayıdış, yoxsa xəyanət?

Nazim Süleymanov “Neftçi”dən istefa verərkən , məşqçilər korpusunda yer alan Səmədağa Şıxlarov da komandadan getdi.

Mətbuata açıqlama verən Şıxlarov bildirmişdi ki, baş məşqçi istefa veribsə, onun “Neftçi”də qalması etik cəhətdən düzgün deyil.

Qeyd edək ki, Səmədağa Şıxlarov Süleymanov AZAL-da işləyərkən də onun komandasında yer almışdı. Futbol ictimaiyyəti Şıxlarovun bu addımını peşəkarlıq baxımından yüksək qiymətləndirmişdi.

Ancaq sonradan vəziyyət dəyişdi. Mətbuata açıqlama verən Səmədağa Şıxlarov Nazim Süleymanovu tənqid etdi, onu tələsik addım atmaqda qınadı. Əvəzində “Neftçi” rəhbərliyini xeyli təriflədi.

Nəticə özünü çox gözlətmədi. Mətbuatda yayılan məlumatlara görə, Səmədağa Şıxlarov yenidən “Neftçi”yə qayıdıb. Böyükağa Hacıyevin köməkçisi qismində yox. Şıxlarov bundan sonra “Neftçi”nin aşağı yaş qrupları üzrə komandalarında seleksiyaçı-məşqçi kimi çalışacaq.

Şıxlarovun yenidən “Neftçi”yə qayıtması futbol ictimaiyyəti arasında birmənalı qəbul olunmadı. Çoxları bunun “Neftçi” rəhəbrliyi tərəfindən Şıxlarova verilən mükafat, Şıxlarov tərəfindən isə Nazim Süleymanova edilən xəyanət kimi qəbul edir.

Məsələyə Səmədağa Şıxlarovun da münasibətini öyrəndik. Ancaq Publika.az-ın zənginə cavab verən Şıxlarov, bu məsələ barədə danışmaq istəmədiyini bildirdi: “Mən bu məsələyə toxunmaq istəmirəm. Mənim üşün bu məsələ artıq qapanıb. Bağışlayın, heç bir fikir bildirməyəcəm”.

Şıxlarovla bağlı məsələ aydındı. Güman ki, o da atdığı addımın mahiyyətini anladığı, cəmiyyətdə bu məsələyə hansı münasibətin formalaşdığını dərk etdiyi üçün danışmaq istəmədi. Daha doğrusu danışmağa sözü olmadı.

Şıxlarovun qayıdışına Nazim Süleymanovun da mövqeyini öyrəndik. Süleymanov bu məsələyə yanaşmada da özünü olduqca elitar apardı. Nazim bəy Publika.az-a açıqlamasında Şıxlarovun seçiminə hörmətlə yanaşdığını bildirdi: ““Neftçi”dən birlikdə ayrıldıq.

Hətta ayrılarkən ona Böyükağa Hacıyevin köməkçisi olmağı təklif etsələr də, Şıxlarov bundan imtina etdi. İndi seleksiyaçı-məşqçi kimi “Neftçi”yə qayıdıbsa, buna da hörmətlə yanaşıram. Səmədağa Şıxlarova gələcək işində uğurlar arzulayıram”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm