Azərbaycanın DÇ-də bütün rəqibləri bəlli oldu
Bizi izləyin

İdman

Azərbaycanın DÇ-də bütün rəqibləri bəlli oldu

Azərbaycanın DÇ-də bütün rəqibləri bəlli oldu

Ölkəmizi voleybol üzrə dünya çempionatında təmsil edəcək qadınlardan ibarət millimizin qrupdakı bütün rəqiblərinin adları bəlli olub.

Publika.az xəbər verir ki, komandamızın mübarizə aparacağı qrupda qərarlaşacaq sonuncu yığma Puerto-Rika olub. Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının təsnifat mərhələsinin nəticələrinə əsasən mərkəzi amerikalılar voleybolçularımıza qarşı oynayacaqlar.

Bununla da, birincilikdə iştirak edəcək 23 yığma müəyyənləşib. Sonuncu komandanın adı NORCECA-nın pley-off mərhələsindən sonra bəlli olacaq.

Qeyd edək ki, İtaliyanın ev sahibi olduğu mundial bu il sentyabrın 23-dən oktyabrın 12-dək keçiriləcək. Faiq Qaraeyvin yetirmələri D qrupunda mübarizə aparacaqlar. Reqlamentə əsasən, hər qrupdan ilk 4 yerin sahibi növbəti mərhələyə keçəcək.

Dünya Çemionatı, İtaliya

23 sentyabr - 12 oktyabr

A qrupu

İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis

B qrupu

Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan

C qrupu

ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORCECA-6

D qrupu

Yaponiya, Çin, Puerto-Rika, Belçika, Kuba, AZƏRBAYCAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm