İtaliyanı xilas edib, italyanları öldürdü – VİDEO + FOTOLAR
Bizi izləyin

İdman

İtaliyanı xilas edib, italyanları öldürdü – VİDEO + FOTOLAR

İtaliyanı xilas edib, italyanları öldürdü – VİDEO + FOTOLAR

Artıq planetin futbol azarkeşləri mundial həyacanı ilə yaşayır. Milli çempionatlarda mübarizə başa çatdığından dünya çempionatı ilə bağlı xəbərlər gündəmi zəbt edir.

Elə mətbuat da mundial həyacanına köklənib. Dünya çempionatı bir ölkədə keçirilən bir aylıq futbol yarışması deyil. Mundial bütün dünyada yaşından, peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alan bir bayramdı. Hər dəfə dünya çempionatları ərəfəsində mundialların tarixi bir daha vərəqlənir. 1930-cu ildən start götürən dünya çempionatları ilə bağlı mühüm məqamlar xatırlanır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı 1994-cü ildə ABŞ-da keçirilmiş 15-ci dünya çempionatına həsr olunub.

FİFA risk etdi

ABŞ Futbol Federasiyası 1987-ci ilin əvvəlində dünya çempionatını keçirmək üçün sifariş vermişdi. 30 may 1989-cu ildə bu istək rəsmiləşdirildi. Bəli, FİFA öz ən vacib yarışını futbolu sevməyən, üstəlik onu özünəməxsus şəkildə “Sokker” adlandıran “yankilər”ə verməklə risk etmiş olurdu. Ancaq dünyanın ən qüdrətli dövləti, özünü müasir sivilizasiyanın lideri hesab edən ən varlı ölkə bu işin öhdəsindən gəlməli idi. Ross Berlinin rəhbərlik etdiyi təşkilat komitəsi qısa müddətdə bu oyunun amerikan əhalisi arasında populyarlaşması istiqamətində çox böyük təbliğat işi gördü. Bu təbliğat dünya çempionatlarının oyunları zamanı tribunaların reaksiyasında özünü göstərdi. Tribunalarda emosiyaların coşmasına vurulan qoldan çox, sərt sürüşmə fəndi səbəb olurdu. Hətta topun yan xətdən kənara çıxmasını belə alqışlayanlar az deyildi. Amerikalılar futbolun fəlsəfəsini hələ indi-indi öyrənirdilər. Buna baxmayaraq, 15-ci dünya çempionatı tamaşaçı sayına görə rekord oldu.

İlklər mundialı

Turnirin keçiriləcəyi qarşılaşmaların arenaları möhtəşəm hazırlanmışdı. İlk dəfə Çikaqonun “Solcer Filds” stadionundakı kimi gətirilmə qazondan istifadə edildi. Üstəlik, ilk dəfə məhz bu çempionatda qapalı məkanda oyun keçirildi - Detroyt “Silverdom”unun tavanı tam qapalı idi və kənardan hava daxil olmasının qarşısını alırdı. Məhz bu turnirdə ilk dəfə qələbə üçün üç xal verildi. Passiv ofsayda görə oyunun dayandırılması qaydası da ləğv edildi. Məhz ilk dəfə bu turnirdə arxadan edilən sürüşmə fəndinə görə qırmızı vərəqə verilirdi. Zədə alanlara tibbi yardım meydanda yox, ondan kənarda edilməliydi. Los-Anceles stadionunda ilk dəfə xərəkləri əvəzləyən tibbi elektromobil peyda oldu. Başdan-ayağa ilklər mundialı idi.

Rusların törətdiyi qalmaqal

Sovet futbolunu Rusiya yığması - FİFA tərəfindən sabiq SSRİ-nin davamçısı elan edilən ölkə təmsil edirdi. İlk dəfə bir oyunçu bir oyunda rəqibin qapısından beş top keçirdi - Kiyev “Dinamo”sunun forvardı Oleq Salenko fərqlənmişdi.

Rusların ABŞ-dakı çıxışlarında qalmaqallar da az olmadı. Əvvəlcə bir neçə aparıcı oyunçu mundiala Pavel Sadırinin rəhbərliyi altında getmək istəmədiklərini, Anatoli Bışovetsin postuna qaytarılmasını və mükafat məbləğinin artırılmasını tələb etdilər. Sonra Kamerunla matçdan əvvəl Yuran, Qorlukoviç və Radçenko kefli şəkildə qalmaqal törətdilər. Yuranı komandadan uzaqlaşdırdılar, digər ikisinə beş min dollar cərimə kəsildi. Komanda isə Braziliya və İsveçə yenildi.

Bütün ölkəni ağladan an

1/8 finaldan sonra kubok uğrunda mübarizədə Braziliya və 7 Avropa ölkəsi qalmışdı. Qüvvələr nisbəti bərabər olmasa da, qələbə məhz cənubi amerikalıların tərəfində oldu. Özü də ilk dəfə idi ki, qalib oyunsonrası penaltilərlə müəyyənləşirdi.

“Skuadra adzurra”nın oyunu ikili hisslər doğururdu. Bir tərəfdən komandanın çoxlu yaxşı ifaçıları vardı, digər tərəfdən kollektiv çox ehtiyatlı oyun nümayiş etdirirdi. İtaliyanı Roberto Bacco xilas edirdi. O, finala gedən hər üç matçda komandasının dadına çatdı. Ancaq “Yuventus”a 14 milyon dollara başa gəlmiş bu futbolçu, həlledici penaltini boşa verməklə bütün italyanları “öldürdü”. Kuboku isə ABŞ-ın vitse-prezidenti Albert Qor braziliyalıların kapitanı Dunqaya təqdim etdi. Futbolçu həmin anı belə xatırlayır: “Bu kuboku öpəndə hiss edirdim ki, 150 milyon braziliyalı bunu mənimlə birlikdə edir. Sevincdən ağlayırdım, bütün ölkə də mənimlə ağlayırdı”.

Baş məşqçi Karlos Alberto Parreyra ən optimal kollektivi toplaya bilmişdi. Burda təcrübəli qapıçı Taffarel, etibarlı və müasir müdafiəçilər Jorjinyo, Aldair, Branko, Dunqanın başçılıq etdiyi ağıllı orta xətt və dünya futbol tarixinin ən böyük bombardirlərindən biri olan Romarionun yer aldığı hücum xətti vardı.

DÇ-1994. ABŞ

Final mərhələsi: 17 iyun - 17 iyul

24 komanda 6 qrupda mübarizə apardıqdan sonra 16 ən yaxşı komanda 1/8 finala yüksələrək mübarizəni olimpiya sistemiylə davam etdiriblər.

52 oyun, 3587538 tamaşaçı (orta hesabla hər oyunda 68991)

141 qol (orta hesabla hər oyunda 2,71)

Ən yaxşı futbolçu: Romario (Braziliya)

Bombardirlər: O.Salenko (Rusiya), X.Stoiçkov (Bolqarıstan) - 6.

Qrup A

1.Rumıniya 3 2 0 1 5-5 6

2.İsveçrə 3 1 1 1 5-4 4

3.ABŞ 3 1 1 1 3-3 4

4.Kolumbiya 3 1 0 2 4-5 3

Qrup B

1.Braziliya 3 2 1 0 6-1 7

2.İsveç 3 1 2 0 6-4 5

3.Rusiya 3 1 0 2 7-6 3

4.Kamerun 3 0 1 2 3-11 1

Qrup C

1.Almaniya 3 2 1 0 5-3 7

2.İspaniya 3 1 2 0 6-4 5

3.C. Koreya 3 0 2 1 4-5 2

4.Boliviya 3 0 1 2 1-4 1

Qrup D

1.Nigeriya 3 2 0 1 6-2 6

2.Bolqarıstan 3 2 0 1 6-3 6

3.Argentina 3 2 0 1 6-3 6

4.Yunanıstan 3 0 0 3 0-10 0

Qrup E

1.Meksika 3 1 1 1 3-3 4

2.İrlandiya 3 1 1 1 2-2 4

3.İtaliya 3 1 1 1 2-2 4

4.Norveç 3 1 1 1 1-1 4

Qrup F

1.Hollandiya 3 2 0 1 4-3 6

2.S.Ərəbistanı 3 2 0 1 4-3 6

3.Belçika 3 2 0 1 2-1 6

4.Mərakeş 3 0 0 3 2-5 0

1/8 final

Almaniya – Belçika – 3:2

İspaniya – İsveçrə - 3:0

S. Ərəbistanı – İsveç – 1:3

Rumıniya – Argentina - 3:2

Hollandiya – İrlandiya – 2:0

Braziliya – ABŞ - 1:0

Nigeriya – İtaliya – 1:2 (ə.v.)

Meksika – Bolqarıstan – 1:1 (ə.v.) (1-3 pen.)

1/4 final

İtaliya – İspaniya – 2:1

Hollandiya – Braziliya – 2:3

Bolqarıstan – Almaniya 2:1

İsveç – Rumıniya 2:2 (5:4 pen.)

1/2 final

Bolqarıstan – İtaliya – 1:2

İsveç – Braziliya – 0:1

3-cü yer

İsveç – Bolqarıstan – 4:0

Final

Braziliya – İtaliya – 0:0 (3:2 pen.)

Bütün oyunlar

1. Almaniya - Boliviya 1:0

2. Cənubi Koreya - İspaniya 2:2

3. ABŞ - İsveçrə 1:1

4. İrlandiya - İtaliya 1:0

5. Rumıniya - Kolumbiya 3:1

6. Belçika - Mərakeş 1:0

7. Norveç - Meksika 1:0

8. İsveç - Kamerun 2:2

9. Braziliya - Rusiya 2:0

10. Hollandiya - Səudiyyə Ərəbistanı 2:1

11. Argentina - Yunanıstan 4:0

12. Almaniya - İspaniya 1:1

13. Nigeriya - Bolqarıstan 3:0

14. İsveçrə - Rumıniya 4:1

15. ABŞ - Kolumbiya 2:1

16. İtaliya - Norveç 1:0

17. Boliviya - Cənubi Koreya 0:0

18. Meksika - İrlandiya 2:1

19. Braziliya - Kamerun 3:0

20. İsveç - Rusiya 3:1

21. Belçika - Hollandiya 1:0

22. Səudiyyə Ərəbistanı - Mərakeş 2:1

23. Argentina - Nigeriya 2:1

24. Bolqarıstan - Yunanıstan 4:0

25. Kolumbiya - İsveçrə 2:0

26. Rumıniya - ABŞ 1:0

27. İspaniya - Boliviya 3:1

28. Almaniya - Cənubi Koreya 3:2

29. İrlandiya - Norveç 0:0

30. İtaliya - Meksika 1:1

31. Rusiya - Kamerun 6:1

32. İsveç - Braziliya 1:1

33. Hollandiya - Mərakeş 2:1

34. Səudiyyə Ərəbistanı - Belçika 1:0

35. Nigeriya - Yunanıstan 2:0

36. Bolqarıstan - Argentina 2:0

37. Almaniya - Belçika 3:2

38. İspaniya - İsveçrə 3:0

39. İsveç - Səudiyyə Ərəbistanı 3:1

40. Rumıniya - Argentina 3:2

41. Hollandiya - İrlandiya 2:0

42. Braziliya - ABŞ 1:0

43. İtaliya - Nigeriya 2:1, ə.v.

44. Bolqarıstan - Meksika 1:1, p-3:1

45. İtaliya - İspaniya 2:1

46. Braziliya - Hollandiya 3:2

47. Bolqarıstan - Almaniya 2:1

48. İsveç - Rumıniya 2:2, p-5:4

49. İtaliya - Bolqarıstan 2:1

50. Braziliya - İsveç 1:0

51. İsveç - Bolqarıstan 4:0

52. Braziliya - İtaliya 0:0, p-3:2

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm