Şumaxeri çempionluğa aparan avtomobil rekord qiymətə satıldı
Bizi izləyin

İdman

Şumaxeri çempionluğa aparan avtomobil rekord qiymətə satıldı

Tarixin əfsanəvi pilotu Mixael Şumaxeri 2001-ci ildə çempionluğa aparan avtomobil rekord qiymətə satılıb.

Publika.az xəbər verir ki, M.Şumaxerin I Dünya Çempionatında Monako Grand Prizini qazandığı zaman idarə etdiyi “Ferrari” markalı avtomobil 7 milyon 504 min dollara satılıb.

Avtomobil ABŞ-ın Nyu-York şəhərindəki “Sotheby” hərrac evində yeni sahibinə qovuşub. Beləliklə, avtomobil bu günə qədər satılan ən bahalı “Formula 1” avtomobili kimi rekord qırıb.

Hərrac evi satışdan gələn gəlirin bir qismini “Mübarizəyə davam” (Keep Fighting) vəqfinə bağışlayacaq.

Qeyd edək ki, kariyerası ərzində 7 dəfə “Formula 1” çempionu olan M.Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılaraq ağır xəsarətlər almışdı. M.Şumaxerin reabilitasiya müalicəsi 2014-cü ildən etibarən İsveçrədəki evində davam edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm