İdman
Türmədə idim, kimsə dedi ki, qardaş, qapını aç, çıx - - VİDEO
Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Emmanuel Adebayor İngiltərə xatirələri barədə danışıb.
Publika.az xəbər verir ki, Adebayor “Mançester Siti”nin heyətində sabiq klubu “Arsenal”a qarşı oyunda qol vurandan sonra yaşadığı emosiyaları bölüşüb. Toqolu futbolçu “Arsenal” azarkeşlərinin həmin oyunda ona qarşı münasibətini də xatırlayıb:
“Həmin oyuna 5 min azarkeşin mənim ailəmi necə təhqir etdiyini seyr etmək üçün çıxmamışdım. Qol vuranda isə hiss etdim ki, üstümdən ağır yük atdım.
Qol vurandan sonra “Arsenal”ın fanat sektorunun qarşısında dizi üstə sürüşüb əllərimi yana açarkən, özümü məğlubedilməz hiss edirdim.
Mənə tərəf telefon, butulka - əllərinə keçən hər şeyi atırdılar. Ancaq atılan əşyaların hamısı yanımdan keçirdi, sanki hər şey kinodakı kimi idi.
Təəssüratım belə idi: sanki uzun müddətdi türmədəsən və kimsə qapını açıb deyir: “Qardaş, qapını aç və çıx, indi sən azadlıqdasan”.
Adebayor “Arsenal”dan “Mançester Siti”yə 2009-cu ildə 29 milyon avroya keçib.
Komanda.az
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA