"Real" "Qarabağ"ın rəqibi ilə bacarmadı - VİDEO
Bizi izləyin

İdman

"Real" "Qarabağ"ın rəqibi ilə bacarmadı - VİDEO

İspaniya La Liqasının 12-ci turunda Madrid derbisi baş tutub.

Publika.az xəbər verir ki, "Atletiko" öz meydanında "Real"ı qəbul edib.
Oyun qolsuz heç-heçə ilə başa çatıb. Bununla da "Real" klubunun əzəli rəqibi "Barselona" ilə arasındakı fərq 10 xala çatıb.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizə aparan "Atletiko" klubunun Azərbaycanın yeganə təmsilçisi olan "Qarabağ"la hər iki oyununda heç-heçə qeydə alınıb: 0-0, 1-1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm