"Qarabağ"ın əsas futbolçusu HƏRBİ XİDMƏTƏ YOLLANDI
Bizi izləyin

İdman

"Qarabağ"ın əsas futbolçusu HƏRBİ XİDMƏTƏ YOLLANDI

Çempionlar Liqasında "Çelsi" ilə çətin oyuna hazırlaşan "Qarabağ"ın düşərgəsindən maraqlı xəbər var.

Publika.az Sportlife.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov daha bir futbolçusunu itirmək üzrədir. Belə ki, Ağdam klubunun gənc hücumçusu Elşən Abdullayev hərbi xidmətə yollanıb. Perspektivli futbolçu Bakıdakı hərbi hissələrdən birinə gedib-gəlir.

Məlumata görə, klub rəsmiləri Elşənin işini elə Bakıda həll etmək istəyir. Buna səbəb kimi futbolçunun komandanın düşərgəsində olmasını, məşqlərdə iştirak etməsini göstərə bilərik. Güman ki, Abdullayev hərbi xidmət müddətini "Qarabağ"da oynaya-oynaya başa vuracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm