“Barselona” Naim Süleymanoğlunu unutmadı
Bizi izləyin

İdman

“Barselona” Naim Süleymanoğlunu unutmadı

İspaniyanın “Barselona” klubu dünyasını dəyişən Türkiyə çempionu Naim Süleymanoğlunu unutmayıb.

Publika.az xəbər verir ki, klub tvitter hesabından Naim Süleymanoğluna dair paylaşım edib və Türkiyəyə başsağlığı verib.

Paylaşımda “Biri 1992 “Barselona” olmaqla, üç dəfə Olimpiya çempionu və saysız dünya rekordu sahibi olan Naim Süleymanoğlu vəfat edib. Rahatlıq içində yatsın” sözləri qeyd edilib.

Qeyd edək ki, Türkiyə milli komandasını təmsil edən ağır atlet Naim Süleymanoğlu 7 dəfə dünya, 6 dəfə Avropa çempionluğuna sahib olub, 46 dəfə dünya rekordu qırıb. “Əsrin idmançısı” adlandırılan atlet 3 dəfə də “ilin atleti” seçilib.

O, qaraciyər transplantasiyasından sonra reanimasiyaya yerləşdirilib və şənbə günü orada vəfat edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm