"Çelsi": “Rəqibimizin hansı vəziyyətdə olması bizi maraqlandırmır”
Bizi izləyin

İdman

"Çelsi": “Rəqibimizin hansı vəziyyətdə olması bizi maraqlandırmır”

“Qarabağ”ın Çempionlar Liqasındakı ən güclü rəqiblərindən olan “Çelsi” komandasının yarımmüdafiəçisi Temue Bakayoko 22 noyabrda Bakıda keçiriləcək səfər matçı barədə açıqlama verib.

Publika.az xəbər verir ki, fransız yarımmüdafiəçi qrupda vəziyyətin mürəkkəb olduğunu bildirib:

“Bizim üçün qələbə vacibdir. Rəqibimizin hansı vəziyyətdə olması bizi maraqlandırmır. "Qarabağ"ın oyunlarına diqqət yetirdikdə, bütün komandalar üçün asan olmadığı görünür. Bu qarşılaşma üçün hazırlığa bazar günü başlayacağıq. Bakıda mütləq qələbə qazanmalıyıq”.

Qeyd edək ki, hazırda “Çelsi” komandasının heyətindəki ulduz futbolçular Bişi Batşuayi, Alvaro Morata, Eden Azar və Temue Bakayoko zədəlidir. Onların “Qarabağ”a qarşı mübarizədə meydana çıxıb-çıxmayacağı hələ ki, məlum deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm