Qarayev: “Bizim taleyimiz ancaq onlardan asılıdır”
Bizi izləyin

İdman

Qarayev: “Bizim taleyimiz ancaq onlardan asılıdır”

“Qarabağ” klubunun müdafiəçisi Qara Qarayev İngiltərənin “Çelsi” komandası ilə bu həftə keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, futbolçu “Çelsi” üzərində qələbə haqqında danışmağın real olmadığını bildirib:

“Biz yaxşı oyun göstərmək istəyirik. "Çelsi" kimi komandaya burada çətinlik yaşatmaq istəyirik. Azarkeşlərlə birlikdə bunu bacaracağıq. "Çelsi"yə gərgin anlar yaşatmaq arzusundayıq. Nəticə olsa, çox sevinərik. Olmasa da, bu gün biz dünyanın böyük klublarına qarşı oynayırıq.

Bizim üçüncülük əldə etməyimiz "Atletiko"nun oyunundan asılı olacaq. Taleyimiz daha çox Madriddə həll olunacaq. Düşünürəm ki, evdə xal ala bilərik. Azərbaycanda həmin gün futbol bayramı olacaq. Düşündüyümüz kimi olsun.

Bütün xalqımızı, dövlətimizi sevindirək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm