Federasiya prezidenti istefa verdi
Bizi izləyin

İdman

Federasiya prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio istefa verib.

Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bu gün baş tutan iclasda Tavekkionun istefası ilə bağlı qərar qəbul olunub.

74 yaşlı funksionerin istefaya göndərilməsinə İtaliya millisinin DÇ-2018-dən kənarda qalması səbəb olub. Sözügedən komanda bir neçə gün öncə pley-offda İsveçə uduzmaqla (0:1, 0:0) son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm