Məşhur futbolçu "mafioz" oldu - - VİDEO
Bizi izləyin

İdman

Məşhur futbolçu "mafioz" oldu - - VİDEO

“Tottenhem”in və “Mançester Yunayted”in sabiq futbolçusu Dimitar Berbatov yeni karyeraya başlayıb.

Publika.az xəbər verir ki, Berbatov özünü kino sahəsində sınayır. O, artıq ilk filmə də çəkilib. Məşhur futbolçu bolqar rejissor Dimitar Qoçevin “İnqilab “X” filmində çəkilib.

Berbatova bu filmdə mafioz-qanqster rolu həvalə olunub. Maraqlıdı ki, Berbatov çəkildiyi filmdə insanları cəzalandırarkən, onların başına topla zərbələr vurur.

36 yaşlı Berbatov hələ futbolçu karyerasını bitirməyib. O, Hindistanın “Kerala Blasters” klubunda çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm