Nəhəng stadion 15 saniyə ərzində yerlə yeksan edildi - - VİDEO
Bizi izləyin

İdman

Nəhəng stadion 15 saniyə ərzində yerlə yeksan edildi - - VİDEO

ABŞ-ın ən böyük qapalı stadionlarından olan "Atlanta Georgia Dome" partlayıcı maddədən istifadə edilməklə, sökülüb.

Publika.az komanda.az-a istinadən xəbər verir ki, 71 min yerlik nəhəng stadionun tamamilə dağıdılması üçün cəmi 15 saniyə kifayət edib. Bu əməliyyatı həyata keçirmək üçün 2265 kq partlayıcıdan istifadə olunub.

Bu arenadan 30 metr kənarda 71 min tutumu olan, 1,6 milyard dollara başa gələn "Mercedes-Benz Stadium" inşa edilib. Partlayış zamanı yeni stadiona zərər dəyməsinin qarşısını almaq üçün onların arasına 5 mərtəbəli bina hündürlüyündə sədd çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm