Bakıya İraqdan fanat axını - "Çelsi"yə görə - FOTOLAR
Bizi izləyin

İdman

Bakıya İraqdan fanat axını - "Çelsi"yə görə - FOTOLAR

Bu gün UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” - “Çelsi” matçında azarkeş izdihamı yaşanacaq.

Publika.az xəbər verir ki, qarşılaşmanı izləmək istəyən əcnəbi azarkeşlər artıq Bakıya gəliblər.

“Çelsi” komandasının İraq fan-klubu dünəndən paytaxtımızdadır. Fanatlar artıq klubun baş məşqçisi Antonio Konte ilə də görüş keçiriblər.

Qeyd edək ki, bugünkü oyunda “Çelsi”ni 1000-ə yaxın azarkeş dəstəkləyəcək. “Qarabağ”ın 20 000 azarkeşi isə 3D xoreoqrafiya şousu göstərəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm