Azərbaycanın Türkiyəyə dəstəyi qardaş ölkəyə SƏS SALDI - VİDEO
Bizi izləyin

İdman

Azərbaycanın Türkiyəyə dəstəyi qardaş ölkəyə SƏS SALDI - VİDEO

Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Porto” klubunu qonaq edən Türkiyənin “Beşiktaş” komandasına Azərbaycanda möhtəşəm jest edilib.

Publika.az xəbər verir ki, liqada ilk və yeganə təmsilçimiz olan “Qarabağ”ın rəqiblərini qəbul etdiyi Bakı Olimpiya Stadionunun (BOS) xarici divarlarında “Beşiktaş”ın loqosu, “Come to Beşiktaş” yazıları işıqlandırılıb.

Yazılar 18:00-dan 23:00-dək ağ-qara işıqlarla verilib. Bu jest qardaş ölkənin mediasının xüsusi diqqətini çəkib. Türkiyənin “Milliyət”, “Sabah” kimi böyük saytları Azərbaycanın Türkiyəyə olan dəstəyini işıqlandırıb və “Qarabağ” -“Çelsi” matçında təmsilçimizə uğur arzuladıqlarını bildiriblər.

Qeyd edək ki, “Beşiktaş” “Porto” ilə 1-1 hesablı bərabərlik əldə edib və G qrupundan lider olaraq çıxıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm