"Qarabağ" - "Çelsi" oyunu (U-19) - (YENİLƏNİR)
Bizi izləyin

İdman

"Qarabağ" - "Çelsi" oyunu (U-19) - (YENİLƏNİR)

Oyunun 77-ci dəqiqəsində "Çelsi" "Qarabağ"ı üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. Corc Makiçran hesab arasındakı fərqi 2 topa çatdırıb: 1:3

***

Oyunun 70-ci dəqiqəsində "Çelsi" hesabda önə keçib. "Çelsi"ni önə keçirən topu komandamızın qapısından Braun keçirib.

Hesab 1:2-dir.

***

61-ci dəqiqədə "Çelsi" hesabı penalti zərbəsi ilə bərabərləşdirib. Taylor qonaq komandanın ikinci qolunun müəllifi olub.

Oyun 1:1 hesabı ilə davam edir.

***

Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 öz meydanında “Çelsi” ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, "Azersun" arenada keçirilən matçda hesabı "Qarabağ" açıb. Qarşılaşmanın 50-ci dəqiqəsində Deda rəqibin qapısına qol vurub.

"Qarabağ"1-0 öndədir.

Matç davam edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm