3 qat DÜNYA ÇEMPİONUNU meşədə öldürdülər - FOTO
Bizi izləyin

İdman

3 qat DÜNYA ÇEMPİONUNU meşədə öldürdülər - FOTO

Rusiya Federasiyasının tərkibinə daxil olan Saxa Muxtar Respublikası ərazisində yaşayan 3 qat dünya çempionu qətlə yetirilib.

Publika.az xəbər verir ki, kikboks üzrə 3 qat dünya çempionu İnnokenti Makarovun cəsədi ötən gecə meşədə tapılıb.

Noyabr ayının 17-dən itkin düşən və axtarışları davam edən idmançının cinayətə qurban getdiyi ehtimal edilir.

Ekspertizaya göndərilən cəsədin üzərində müxtəlif xəsarətlər, yaralar aşkarlanıb. Faktla bağlı istintaq başladılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm