Rüsvayçılıq – “Şəfa”da qan su yerinə axdı
Bizi izləyin

İdman

Rüsvayçılıq – “Şəfa”da qan su yerinə axdı

Rüsvayçılıq – “Şəfa”da qan su yerinə axdı

Dünən futbol üzrə Həvəskarlar Liqasının final matçı keçirilib.

Publika.az xəbər verir ki, qarşılaşma qalmaqalla yadda qalıb. Finalda “Binə” və Sabirabadın “Çağırğan” komandaları üz-üzə gəlib.

“Şəfa” stadionunda keçirilən matçda qalmaqalın əsası hakimin “Binə”nin futbolçusuna qırmızı vərəqə göstərəndən sonra başlayıb. Azlıqda qalmasına baxmayaraq, binəlilər 2:2-lik nəticəni qoruyaraq oyunu əlavə vaxta keçirə biliblər. Əlavə vaxtda isə kütləvi dava-dalaş yaşanıb. Öncə Sabirabad klubu 3-cü qolu vurub. Qonaqlar 4-cü qolu vurandan sonra isə aləm bir-birinə qarışıb. “Binə”nin 55 nömrəli futbolçusu başla rəqib futbolçuya zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub və komandasını 9 nəfərlə qoyub.

Bundan sonar meydançaya axışan binəli azarkeşlər sabirabadlı futbolçuların üstünə hücum çəkərək onları döyməyə başlayıblar. Futbolçularının döyüldüyünü görən sabirabadlı azarkeşlər də meydançaya daxil olublar. Bir sözlə, ara qarışıb, məzhəb itib. Asayişi qoruyan azsaylı polislər dava-dalaşı yatırmaqda gücsüz olunca, köməyə “Şəfa” stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. Yalnız bundan sonar aranı sakitləşdirib azarkeşləri və futbolçuları meydandan çıxartmaq mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm