Messi baş məşqçinin təkliflərini RƏDD ETDİ: “Barselona” ulduzsuz qalacaq
Bizi izləyin

İdman

Messi baş məşqçinin təkliflərini RƏDD ETDİ: “Barselona” ulduzsuz qalacaq

“Barselona” klubundan ayrılacağı iddia edilən ulduz futbolçu Lionel Messinin adı yeni bir iddiaya qarışıb.

Publika.az xəbər verir ki, iddiaya görə, Messi klubun idarəçiləri və prezidentinin zənglərinə cavab vermir.

Baş məşqçi Jozef Mariya Bartomeu Lionel Messi ilə müqaviləni yeniləmək üçün görüşmək istəyib. Lakin Messi bu təklifi də rədd edib.

Qeyd edək ki, ötən günlərdə “Barselona”nın mətbuatla əlaqələr ofisi Messinin müqaviləsi ilə bağlı heç bir problemin olmadığını bildirmişdi:

“Messi, onsuz da, iyun ayında 4 illik müqavilə imzalayıb. Ancaq biz onunla ömürlük müqavilə imzalamaq istəyirik. Messinin futbol həyatı bitəndə də onu klubumuzda saxlamaq istəyirik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm