• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

III Qəbələ Kuboku başlayır

  • İdman
  • 29 May 2014 09:55
  • 819 Baxış
III Qəbələ Kuboku başlayır

Uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük layihələr həyata keçirən “Qəbələ” İdman Klubu III Qəbələ Kubokunun startına hazırlaşır.

Publika.az xəbər verir ki, bölgə klubunun təşkilatçılığı ilə Qəbələdə 15 yaşadək futbolçulardan ibarət komandalar arasında üçüncü dəfə baş tutacaq beynəlxalq turnirdə bu gün ilk qarşılaşmalar keçiriləcək.

Bir çox cəhətdən itkilərlə zəngin olan və ölkəmizdə aşağı yaş qrupları üzrə klublar arasında keçirilən birinci beynəlxalq turnir kimi tarixə düşən Qəbələ Kuboku bu il də Avropanın tanınmış kollektivlərini Azərbaycana gətirir. “Liverpul” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Anderlext” (Belçika), “Rapid” (Avstriya), “Lokomotiv” (Rusiya), “Udineze” (İtaliya) komandalarının iştirakı ilə keçiriləcək turnirdə Azərbaycan “Neftçi” və “Qəbələ” ilə təmsil olunacaq.

29 may - 1 iyun tarixlərində baş tutacaq turnirdə komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda “Qəbələ”, “Fənərbaxça”, “Udineze” və “Liverpul”, B qrupunda isə “Neftçi”, “Anderlext”, “Rapid” və “Lokomotiv” münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları mayın 29-u və 30-u, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR