Mübariz Mənsimov “Hafka”nın əmlakını almağa gəlir – (Özəl)
Bizi izləyin

İdman

Mübariz Mənsimov “Hafka”nın əmlakını almağa gəlir – (Özəl)

Mübariz Mənsimov “Hafka”nın əmlakını almağa gəlir – (Özəl)

“Bakı” klubunda maliyyə böhranının olması ilə bağlı məlumat vermişdik.

İş adamı Hafiz Məmmədovun biznesinin iflasa uğraması klubun da fəaliyyətinə ciddi təsir edib. Onu da xəbər vermişdik ki, rəhbərlik klubun Biləcəri qəsəbəsində yerləşən bazasını satışa çıxarıb. Bazaya 80 milyon dollar qiymət qoyulub. “Bakı” klubunun təlim məşq bazasının bütövlükdə “Xəzər Lənkəran” klubuna da təklif edildiyi bildirilirdi.

Publika.az-ın əldə etdiyi məlumata görə, “Xəzər- Lənkəran”ın fəxri prezidenti, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov Hafiz Məmmədovun təklifinə müsbət yanaşıb. “Xəzər Lənkəran”dakı mənbənin saytımıza verdiyi məlumata görə, yaxın günlərdə Mübariz Mənsimov Bakıya gələcək. Mətbuatda onun “Xəzər- Lənkəran”ın baş məşqçi məsələsini həll etmək üçün Bakıya gəldiyi vurğulanır. Ancaq məlumat verən mənbə bildirir ki, Mənsimov Bakıya “Bakı”nın bazası ilə yerindəcə tanış olmaq niyyəti ilə gəlir. “Palmali”nin şefi baza ilə tanışlıqdan sonra Hafiz Məmmədovla alqı-satqı məsələsini müzakirə edəcək.

Qeyd edək ki, son günlər tanınmış iş adamı Hafiz Məmmədovun biznesinə daxil olan şirkətlərdə çöküş prosesi müşahidə olunur. Bir neçə gün əvvəl iş adamının sahib olduğu "Bank of Azerbaijan" da əlindən alınıb. Bakı klubunun isə de-fakto süqut etdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm