"Ayı" ləqəbli fanklub rəhbəri öldürüldü
Bizi izləyin

İdman

"Ayı" ləqəbli fanklub rəhbəri öldürüldü

Argentinanın nəhəng klublarından “Boka Xuniors”un azarkeş fanklubunun rəhbəri olan Qustavo Adolfo Pereyra öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Argentina mətbuatı yayıb. “Ayı” ləqəbli fanat evində öldürülüb. Ona odlu silahdan 7 dəfə atəş açılıb. Şahidlər evdən iki nəfərin çıxdığını gördüklərini bildiriblər.

Azarkeşin hadisə vaxtı mətbəxdə olan anası onu tez xəstəxanaya çatdırsa da, 49 yaşlı fanatı xilas etmək mümkün olmayıb.

Yerli polis qətli narkotik alverçilərinin törətdiyindən şübhələnir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm