Xanımlarımızı Almaniya sınağı gözləyir
Bizi izləyin

İdman

Xanımlarımızı Almaniya sınağı gözləyir

Xanımlarımızı Almaniya sınağı gözləyir

Qadın güləşi üzrə böyüklərdən ibarət yığmamız Belarusda “Stayki” Olimpiya İdman Kompleksində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışını davam etdirir.

Publika.az xəbər verir ki, məşqlərin məqsədi 2014-cü ilin təqvim planına əsasən, qarşıdan gələn yarışlara hazırlıqdır.

Yığma komandanın baş məşqçisi Yaqub Məmmədov və məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 6 güləşçimiz cəlb olunub. Heyətdə Mariya Stadnik, Patimat Baqomedova, Yuliya Ratkeviç, Anjela Doroqan, İrina Netreba və Nadya Sementsova yer alıb.

Mayın 25-dən başlayan təlim-məşq toplanışı iyunun 5-dək davam edəcək. Yığma komandanın üzvləri iyunun 6-8-də Almaniyanın Dormagen şəhərində keçiriləcək Qran Pri beynəlxalq turnirində iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm