Avropa, Asiya və Afrika Messiyə qarşı – FOTOLAR
Bizi izləyin

İdman

Avropa, Asiya və Afrika Messiyə qarşı – FOTOLAR

Avropa, Asiya və Afrika Messiyə qarşı – FOTOLAR

Artıq planetin futbol azarkeşləri mundial həyəcanı ilə yaşayır. Milli çempionatlarda mübarizə başa çatdığından dünya çempionatı ilə bağlı xəbərlər gündəmi zəbt edir.

Elə mətbuat da mundial həyacanına köklənib. Dünya çempionatı bir ölkədə keçirilən bir aylıq futbol yarışması deyil. Mundial bütün dünyada yaşından, peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alan bir bayramdır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara Braziliyada keçiriləcək mundialda iştirak edəcək komandalar barədə məlumat verir. Bu dəfə sayca 6-cıF qrupunu təqdim edirik.

Ənənəvi favorit

Dünya kubokunun “abunəçilər”indən olan Argentina millisi artıq 16-cı dəfədi ki, mötəbər turnirdə iştirak etmək hüququ qazanır. 1938, 1950 və 1954-cü illərdəki turnirlərdən imtina edən cənubi amerikalılar 1970-ci ildə mübarizəni seçmə mərhələdə dayandırmışdı. Argentinalılar dörd dəfə mundialda final oynamağa imkan tapıblar. 1930-cu ildə ilk dəfə keçirilən dünya çempionatında ev sahibi Uruqvaya həlledici görüşdə 2:4 hesabı ilə məğlub olan “səma-mavilər” bir də 48 il sonra ölkələrində keçirilən turnirdə final oynamaq şansı əldə etdilər. Həmin mundialın parlayan ulduzlarından olan Kempes komandasına ilk dünya çempionluğunu yaşatdı. Məhz o, Hollandiya ilə final matçının əsas qəhrəmanlarından biri idi. Kempes və Bertoninin əlavə yarım saatda vurduğu qollar (3:1) Argentina millisinə ilk dünya çempionluğunu qazandırmışdı. Eyni uğur 8 il sonra Meksikada təkrarlandı. İngiltərəylə qarşılaşmaya damğa vuran Maradona komandasının ikinci dəfə dünya kubokuna sahib çıxması üçün sözün hər iki mənasında əlindən gələni etdi. Həmin turnirdən sonra dünyaya yeni Maradona əfsanəsi yayıldı. Dörd il sonra Qərbi Almaniya ilə Romada final oynayan Maradona və komanda yoldaşları eyni uğuru təkrarlamağı bacarmadılar. Andreas Bremenin penaltidən vurduğu yeganə qol Argentinanı üçüncü çempionluqdan etdi. Sonrakı illərdə bacarıqlı, güclü heyətə sahib olan cənubi amerikalılar ən yaxşı halda 1/4 finala qədər irəliləməyə nail olub.

DÇ-2014-ün seçmə mərhələsində Braziliyanın məlum səbəblərdən mübarizədən kənar qalması Alexandro Sabellanın yetirmələrinin işini xeyli asanlaşdırdı. Argentina millisi yaranan imkandan maksimum istifadə edərək mundiala ilk pillədən yollandı.

59 yaşlı argentinalı mütəxəssis komandanın ənənəvi 4-3-3 taktiki sxemindən istifadə edir. Onun ixtiyarında Zabaleta, Qaray, Demiçelis, Maskerano, Baneqa, Qaqo, Di Maria, İquayn, Aquero, Lavessi və Messi kimi futbolçular olacaq. Bu heyətdə az sayda yaşlı futbolçuların olması futbol ictimaiyyətinin diqqətini çəkir. Mütəxəssislərin fikrincə, bu amil Argentina millisinin daha yaxşı nəticə göstərməsinə səbəb ola bilər.

Mundialın yeni siması

Bosniya və Herseqovina millisi Braziliyadakı dünya çempionatında debüt edəcək yeganə komandadı. Futbolun son illərdə sürətli inkişafı bosniyalıların üzünə təbəssüm gətirən amillərdən birincisidi. Həm siyasi, həm də maddi çətinliklərin yaşandığı ölkədə futbol matçları zamanı hər şey iki saatlıq unudulur. Xüsusilə, milli komandanın son illərdə göstərdiyi nəticə onları sevindirməyə bilməz. DÇ-2010-a vəsiqə uğrunda pley-offda Portuqaliya ilə üz-üzə gələn Bosniya və Herseqovina millisi təcrübəsizliyin qurbanı oldu. Lakin onlar dörd il sonra tarixi uğura imza ataraq, DÇ-2014-ün iştirakçılarından birinə çevrildilər. Seçmə mərhələdə Yunanıstan, Slovakiya, Litva, Latviya və Lixtenşteynlə eyni qrupda yer alan bosniyalılar qrup lideri olmaqla yanaşı, yüksək məhsuldarlıqla yadda qaldılar. Belə ki, 10 oyunda 30 dəfə fərqlənən balkanlar seçmə mərhələnin ən məhsuldar komandası ünvanına sahib çıxdılar.

Saffet Suşiçin işləri heç də yaxşı deyil. Onun ixtiyarında 12-13 səviyyəli futbolçu var. Bu isə hər şey demək deyil. Dzeko, Pyaniç, Salihoviç, İbişeviç, Beqoviç komandanın liderləri hesab edilirlər. Suşiç 4-4-2 taktiki sxeminə, eyni zamanda praqmatik futbola üstünlük verir.

Onlar üçün asan olmayacaq

İran millisi dünya çempionatının seçmə mərhələsinə ötən əsrin 70-ci illərindən qatılıb. İlk dəfə 1978-ci ildə Argentinada keçirilən turnirə vəsiqə qazanan farslar növbəti mundial həyəcanını 20 il gözləməli oldular. Fransada keçirilən turniri maraqlı edən məqamlardan biri ABŞ və İran komandalarının eyni qrupda yer alması idi. Bu matça qədər qələbə qazanmayan və mübarizəni erkən dayandıracağı məlum olan İran millisi amerikalılarla oyuna final görüşü kimi baxırdı. Mehdi Mahdavikiya və cənubi azərbaycanlı Əli Daeinin qolları ilə 2:1 hesablı qələbə qazanan iranlılar missiyalarını uğurla yerinə yetirmişdilər. DÇ-2006-da vəziyyət dəyişmədi. “Ağ-qırmızılar” yenə də mübarizəni qrup mərhələsində dayandırdılar. Cənub qonşularımız CAR-da keçirilən turniri televiziyadan izləməklə kifayətləndilər.

Karlos Keyruşun dünya çempionatında işi heç də asan olmayacaq. Buna səbəb oyunçuların bir çoxunun ölkə çempionatında iştirak etməsidi. Yalnız Cavad Nekunam, Dejaqa, Reza komanda yoldaşlarına nisbətən beynəlxalq oyun təcrübəsinə malikdi. Portuqaliyalı mütəxəssis daha çox 4-5-1 taktiki sxeminə üstünlük verir. Onun səyləri nəticəsində komanda seçmə mərhələ oyunları zamanı rəqiblərinə heç bir şans vermədi və dünya kubokuna birbaşa vəsiqə qazanmağı bacardı.

“Super qartallar” iddialıdı

Nigeriya millisi də dünya çempionatlarının yenilərindən sayıla bilər. İlk dəfə DÇ-1994-də iştirak edən afrikalılar Bolqarıstan, Yunanıstan və Argentina kimi komandaların yer aldığı qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazansa da, İtaliya səddini aşa bilməmişdi. Dörd il sonra da nigeriyalılar eyni nəticəni göstərdilər. Daha sonra 2002 və 2010-cu ildə keçirilən turnirlərdə iştirak edən “yaşıllar” üçün mübarizə qrup mərhələsində başa çatdı.

Cari seçmə tsiklə ikinci mərhələdən qoşulan Stefen Keşinin yetirmələri Malavi, Keniya və Namibiyaya heç bir şans verməyərək qrup lideri kimi pley-off mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə Efiopiya millisi də nigeriyalılarla bacarmadı. Və beləcə, Nigeriya millisi 5-ci dəfə mundialda iştirak etmək hüququnu qazandı.

Keşinin futbolçu baxımından heç bir sıxıntısı yoxdu. Artıq millinin bir çox üzvü Avropa klublarında çıxış edir. Onlar DÇ-də iştirak etmək üçün amansız mübarizə aparırlar. Yozef Yobo, Obi Mikel, Emenike, Martins, Obinna, Mozesin bu mübarizədən qalib ayrıldığı dəqiqdi.

F qrupu

Argentina

Bosniya və Herseqovina

İran

Nigeriya

Təqvim

16 iyun

03:00 Argentina - Bosniya və H (Rio-de-Janeyro)

17 iyun

00:00 İran - Nigeriya (Kuritiba)

21 iyun

21:00 Argentina - İran (Belu-Orizonti)

22 iyun

03:00 Nigeriya - Bosniya və H (Kuyaba)

25 iyun

21:00 Nigeriya - Argentina (Portu-Aleqri)

21:00 Bosniya və H - İran (Salvador)

Argentina

Qitə: Cənubi Amerika

FİFA reytinqi: 7

Baş məşqçi: Alexandro Sabella

Yaranma ili: 1901

FİFA üzvü: 1912

Ölkə ərazisi: 2766890 kv km

Əhalisi: 42,6 milyon nəfər

Paytaxtı: Buenos-Ayres

DÇ-lərdə: 15

Qalib: 2 (1978, 1986)

Finalçı: 2 (1930, 1990)

Cənubi Amerika kubokunda: 39

Qalib: 14 (1921, 1925, 1927, 1929, 1937, 1941, 1945, 1946, 1947, 1955, 1957, 1959, 1991, 1993)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Xavyer Zanetti (145), Roberto Ayala (115), Dieqo Simeone (106).

Ən çox qol vuranlar: Qabriel Batistuta (56), Lionel Messi (37), Ernan Krespo (35).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Lionel Messi (83), Maksi Rodriqes (48), Serxio Aquero, Fernando Qaqo (46).

Ən çox qol vuranlar: Lionel Messi (37), Serxio Aquero (19), Maksi Rodriqes (13).

DÇ-2014. Seçmə tsikl

2011-ci il

8 oktyabr. Argentina - Çili 4:1

12 oktyabr. Venesuela - Argentina 1:0

11 noyabr. Argentina - Boliviya 1:1

15 noyabr. Kolumbiya - Argentina 1:2

2012-ci il

3 iyun. Argentina - Ekvador 4:0

8 sentyabr. Argentina - Paraqvay 3:1

12 sentyabr. Peru - Argentina 1:1

13 oktyabr. Argentina - Uruqvay 3:0

17 oktyabr. Çili - Argentina 1:2

2013-cü il

23 mart. Argentina - Venesuela 3:0

26 mart. Boliviya - Argentina 1:1

8 iyun. Argentina - Kolumbiya 0:0

11 iyun. Ekvador - Argentina 1:1

11 sentyabr. Paraqvay - Argentina 2:5

12 oktyabr. Argentina - Peru 3:1

16 oktyabr. Uruqvay - Argentina 3:2

26 nəfərlik iştirak ərizəsi

Qapıçılar: Serxio Romero (Monako), Mariano Anduxar (Katanya), Aqustin Oryon (Boka Xuniors);

Müdafiəçilər: Ezekiel Qaray (Benfika), Federiko Fernandes (Napoli), Martin Demiçelis, Pablo Zabaleta (hər ikisi Mançester Siti), Markos Roxo (Sportinq L), Xose Basanta (Monterrey), Uqo Kampanyaro (İnter), Nikolas Otamendi (Atletiko Mineyro);

Yarımmüdafiəçilər: Fernando Qaqo (Boka Xuniors), Lukas Bilya (Latsio), Xavyer Maskerano (Barselona), Ever Baneqa, Maksi Rodriqes (hər ikisi «Nyellz Old Boyz»), Anhel Di Maria (Real), Rikardo Alvares (İnter), Auqusto Fernandes (Selta), Entso Peres (Benfika), Xose Sosa (Atletiko);

Hücumçular: Serxio Aquero (Mançester S), Lionel Messi (Barselona), Qonsalo İquayn (Napoli), Ezekiel Lavessi (PSJ), Rodriqo Palasio (İnter).

Bosniya və Herseqovina

Qitə: Avropa

FİFA reytinqi: 25

Baş məşqçi: Saffet Suşiç

Yaranma ili: 1992

FİFA üzvü: 1996

Ölkə ərazisi: 51197 kv km

Əhalisi: 3,8 milyon nəfər

Paytaxtı: Sarayevo

DÇ-lərdə: debüt edir

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Zvezdan Misimoviç (78), Emir Spahiç (70), Edin Dzeko (58).

Ən çox qol vuranlar: Edin Dzeko (33), Zvezdan Misimoviç (25), Elvir Boliç (22).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Zvezdan Misimoviç (78), Emir Spahiç (70), Edin Dzeko (58).

Ən çox qol vuranlar: Edin Dzeko (33), Zvezdan Misimoviç (25), Vedad İbişeviç (20).

DÇ-2014. Seçmə tsikl

G qrupu

2012-ci il

7 sentyabr. Lixtenşteyn - Bosniya və H 1:8

11 sentyabr. Bosniya və H - Latviya 4:1

12 oktyabr. Yunanıstan - Bosniya və H 0:0

16 oktyabr. Bosniya və H - Litva 3:0

2013-cü il

22 mart. Bosniya və H- Yunanıstan 3:1

7 iyun. Latviya - Bosniya və H 0:5

6 sentyabr. Bosniya və H - Slovakiya 0:1

10 sentyabr. Slovakiya - Bosniya və H 1:2

11 oktyabr. Bosniya və H - Lixtenşteyn 4:1

15 oktyabr. Litva - Bosniya və H 0:1

24 nəfərlik iştirak ərizəsi

Qapıçılar: Yasmin Feyziç (Alen), Asmir Beqoviç (Stok Siti), Asmir Avdukiç (Borats);

Müdafiəçilər: Emir Spahiç (Bayer), Toni Şuniç (Zarya), Sead Kolasinats (Şalke), Oqnen Vranyeş (Elazığspor), Ervin Zukanoviç (Gent), Ermin Biçakçiç (Ayntraxt B), Muhamed Beşiç (Ferentsvaroş);

Yarımmüdafiəçilər: Miralem Pyaniç (Roma), İzzet Hayroviç (Qalatasaray), Mensur Muyca (Frayburq), Haris Medunyanin (Qaziantepspor), Senad Luliç (Latsio), Tino-Sven Suşiç (Hayduk), Anel Haciç (Şturm), Seyad Salihoviç (Hoffenhaym), Zvezdan Misimoviç (Quyçjou Jenxe), Seniyad İbriçiç (Ərciyəsspor), Avdiya Vrşaeviç (Hayduk);

Hücumçular: Edin Dzeko (Mançester S), Vedad İbişeviç (Ştutqart), Edin Vişça (İstanbul BB).

İran

Qitə: Asiya

FİFA reytinqi: 37

Baş məşqçi: Karluş Keyruş

Yaranma ili: 1920

FİFA üzvü: 1945

Ölkə ərazisi: 1648000 kv km

Əhalisi: 80 milyon nəfər

Paytaxtı: Tehran

DÇ-lərdə: 3

Asiya kubokunda: 12

Qalib: 3 (1968, 1972, 1976)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Əli Daei (149), Cavad Nekunam (132), Əli Kərimi (127).

Ən çox qol vuranlar: Əli Daei (109), Kərim Bageri (50), Əli Kərimi (38).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Cavad Nekunam (132), Xosseyn Kaebi (89), Mohammad Nosrati (83).

Ən çox qol vuranlar: Cavad Nekunam (36), Qolamreza Rezai (11), Andranik Teymuryan (8).

DÇ-2014. Seçmə tsikl

2011-ci il

2-ci təsnifat mərhələsi

23 iyul. İran - Maldiv adaları 4:0

28 iyul. Maldiv adaları - İran 0:1

1-ci qrup mərhələsi

E qrupu

2 sentyabr. İran - İndoneziya 3:0

6 sentyabr. Qətər - İran 1:1

11 oktyabr. İran - Bəhreyn 6:0

11 noyabr. Bəhreyn - İran 1:1

15 noyabr. İndoneziya - İran 1:4

2012-ci il

29 fevral. İran - Qətər 2:2

2-ci qrup mərhələsi

3 iyun. Özbəkistan - İran 0:1

12 iyun. İran - Qətər 0:0

11 sentyabr. Livan - İran 1:0

16 oktyabr. İran - Cənubi Koreya 1:0

14 noyabr. İran - Özbəkistan 0:1

2013-cü il

4 iyun. Qətər - İran 0:1

11 iyun. İran - Livan 4:0

18 iyun. Cənubi Koreya - İran 0:1

30 nəfərlik iştirak ərizəsi

Qapıçılar: Daninl Davari (Ayntraxt B), Mehdi Rahmati (Sepahan), Alireza Həqiqi (Sportinq K), Soşa Makani (Fulad), Ali Reza Biranvand (Naft);

Müdafiəçilər: Hosseyn Mahini, Caləl Hosseyni (hər ikisi "Persepolis"), Ehsan Hacsafi (Sepahan), Amir Hosseyn Sadeyi, Haşem Beykzade, Xosro Heydari (hamısı "İstiqlal"), Ahmad Alenemex (Naft), Mohammad Reza Hanzade (Zobahan), Pejman Montazeri (Umm Şalal), Stiven Beytsahur (Vankuver);

Yarımmüdafiəçilər: Merdad Puladi, Reza Həqiqi (hər ikisi "Persepolis"), Andranik Teymuryan (İstiqlal), Hasan Hadadifar (Zobahan), Baxitar Rahmani (Fulad), Cavad Nekunam (Küveyt), Aşkan Dejaqa (Fulhem), Masud Şocai (Las-Palmas);

Hücumçular: Mohammad Reza Halatbari (Persepolis), Mehdi Şərifi (Sepahan), Kərim Ansarifard (Traktorsazi), Reza Quçanneyad (Çarlton), Alireza Cahanbaxş (Neymegen), Sərdar Azmun (Rubin), Reza Nuruzi (Naft).

Nigeriya

Qitə: Afrika

FİFA reytinqi: 44

Baş məşqçi: Stefen Keşi

Yaranma ili: 1945

FİFA üzvü: 1960

Ölkə ərazisi: 923768 kv km

Əhalisi: 174,5 milyon nəfər

Paytaxtı: Abuca

DÇ-lərdə: 4

Ən yaxşı nəticəsi: 1/8 final (1994, 1998)

Afrika Millətlər Kuboku: 17

Qalib: 3 (1980, 1994, 2013)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Yozef Yobo (95), Nvankvo Kanu, Mudaşiru Laval (86), Vinsent Eneyama (81).

Ən çox qol vuranlar: Raşid Yekini (37), Yakubu Ayeqbeni (21), Uçe İkeçukvu, Obafemi Martins (18).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Yozef Yobo (95), Vinsent Eneyama (81), Con Obi Mikel (51).

Ən çox qol vuranlar: Yakubu Ayeqbeni (21), Uçe İkeçukvu, Obafemi Martins (18), Viktor Obinna (11).

DÇ-2014. Seçmə tsikl

2012-ci il

F qrupu

3 iyun. Nigeriya - Namibiya 1:0

9 iyun. Malavi - Nigeriya 1:1

2013-cü il

23 mart. Nigeriya - Keniya 1:1

5 iyun. Keniya - Nigeriya 0:1

12 iyun. Namibiya - Nigeriya 1:1

7 sentyabr. Nigeriya - Malavi 2:0

Pley-off

13 oktyabr. Efiopiya - Nigeriya 1:2

16 noyabr. Nigeriya - Efiopiya 2:0

30 nəfərlik iştirak ərizəsi

Qapıçılar: Visent Eneyama (Lill), Ostin Ejide (Hapoel B-Ş), Çiqozi Aqbim (Enuqu Reyncers), Daniel Akpeyi (Hartlend);

Müdafiəçilər: Elderson Eçijile (Monako), Juvon Oşaniva (Aşdod), Efe Embrouz (Seltik), Qodfri Oboabona (Rizəspor), Azubuyke Eqvuekve (Varri Vulvz), Kennet Omeruo (Middlsbro), Yozef Yobo (Norviç), Kunle Odunlami (Sanşayn Starz);

Yarımmüdafiəçilər: Con Obi Mikel (Çelsi), Ojeni Onazi (Latsio), Ramon Aziz (Almeriya), Ejike Uzoenyi (Equnu Reyncers), Sandi Mba (Bastiya), Reben Qabriel (Beveren), Nosa İqebor (Betis), Joel Obi (Parma);

Hücumçular: Ahmed Musa (ÇSKA), Şon Ameobi (Nyukasl), Viktor Mozes (Liverpul), Emmanuel Emenike (Fənərbaxça), Obina Nsofor (Kyevo), Piter Odemvinci (Stok Siti), Mişel Babatunde (Volın), Mişel Uçebo (Serkl Brügge), Nnamdi Oduamadi (Vareze), Uçe Nsofor (Herenven).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm