Onlar Türkiyədə kiminlə görüşüb?
Bizi izləyin

İdman

Onlar Türkiyədə kiminlə görüşüb?

Onlar Türkiyədə kiminlə görüşüb?

Yuri Syominin gedişindən sonra "Qəbələ" hələ ki, baş məşqçi məsələsini həll etməyib.

Son günlərdə Türkiyəyə səfər edən klubun vitse-prezidenti Fariz Nəcəfov və baş meneceri Zaur Əzizov qardaş ölkədə bir neçə məşqçi ilə görüşüb, danışıqlar aparıb. Publika.az xəbər verir ki, bu barədə Futbolinfo.az saytına açıqlamasında klubun baş meneceri məlumat verib:

"Avrokuboklara az vaxt qalıb. Biz bilirik ki, bizim vaxtımız yoxdu. Ona görə bu məsələ ilə ciddi məşğuluq. Türkiyədə namizədlərlə görüş keçirdik. Bu məşqçilər türk deyil, sadəcə görüş orada baş tutdu. Ad açıqlaya bilməyəcəm. Çünki danışdığımız məşqçilər hazırda öz klublarında çalışır. Onlar da "Qəbələ"də çalışmaqda maraqlıdılar. Artıq işlədikləri klublara bu barədə məlumat veriblər. Yaxın günlərdə yeni baş məşqçinin adı bilinəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm