Keçmiş futbolçusunu qovub, keçmiş futbolçusunu gətirdi
Bizi izləyin

İdman

Keçmiş futbolçusunu qovub, keçmiş futbolçusunu gətirdi

Keçmiş futbolçusunu qovub, keçmiş futbolçusunu gətirdi

"Milan"ın yeni baş məşqçisi məlum olub.

Publika.az xəbər verir ki, "qırmızı-qaralar"a keçmiş futbolçusu başçılıq edəcək. Milanın eyni adlı təmsilçisini Filippo İnzaqi çalışdıracaq. Mütəxəssis artıq baş məşqçi kimi işinə də başlayıb. Onun köməkçisi Mauro Tasotti olacaq. 40 yaşlı mütəxəssisin rəsmi təqdimatı Zeedorfun istefası ilə bağlı hüquqi sənədlərin hazırlanmasından sonra olacaq. Qeyd edək ki, İnzaqi 11 il (2001-12) "Milan"ın şərəfini qoruyub. Bundan sonra italiyalı 2012/13 mövsümündə "Milan"ın 17 yaşlardan ibarət komandasını çalışdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm