Dünyanı şoka salan reklam – “Mini yubkalara qadağa” – FOTOLAR
Bizi izləyin

İdman

Dünyanı şoka salan reklam – “Mini yubkalara qadağa” – FOTOLAR

Dünyanı şoka salan reklam - “Mini yubkalara qadağa” - FOTOLAR

2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyinə hazırlaşan Qətər turistlərə geyimlə bağlı qaydalar tətbiq edib.

Qaydalarda turistlərdən onların mədəniyyətlərinə hörmətlə yanaşmaları istənilir. Publika.az-ın “dailymail”ə istinadən verdiyi xəbərə görə, Qətər İslam Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan reklam kampaniyasındakı elanlar görənləri təəccübləndirib.

Xüsusilə qadın turistlər üçün bir növ “geyim bələdçisi” (dress code) olan elanlarda: “Əgər Qətərdəsinizsə, siz də bizdən birisiniz. Hörmətli qonaqlar, turistlər! Bilin ki, biz müsəlman ölkəsiyik və buna görə də adətlərimizi aşağılamamağınız, ənənələrimizə əməl etməyiniz lazımdır.

Lasinlər şalvar deyil. Çiyinlərinizdən dizlərinizə qədər örtünün. Kişilər ictimai yerlərdə şortlarda və maykalarda gəzməməli, qadınların da mini-yubka və ya qolsuz paltarlar geyməmələri məsləhətdir” yazılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm